Yaponiya hakimiyyəti mübahisəli Senkaku adasından 150 km aralı Rükü arxipelaqının Yonaquni adasında radiolokasiya stansiyası tikməyə başlayıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Çin mübahisəli ərazini “Dyaoyudao” adlandırır.
Mütəxəssislər hesab edir ki, Yaponiyanın bu addımı Çinin etirazına səbəb olacaq.
Yaponiyanın müdafiə naziri İtsunori Onodera radarın tikintisinin təməlatma mərasimində qeyd edib ki, əsas ərazidən cənub-qərbdəki başqa adalarda da ölkənin hərbi obyektləri tikiləcək.
Yonaqunidə tikilən radar 40 il ərzində Yaponiyanın ilk hərbi obyekti olacaq.