İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ölkəsinin atom – nüvə problemi üzrə beynəlxalq vasitəçilərlə danışıqları dəstəklədiyini bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bununla belə o, vurğulayıb ki, Tehran öz nüvə proqramından heç “vaxt imtina etməyəcək”.
Onun sözlərinə görə, İran danışıqlara “düşmənlik ovqatını yumşaltmaq üçün razılıq verib”.
O, müzakirədə iştirak edən ölkəsinin təmsilçilərini “təzyiqlərə tabe olmamağa” çağırıb.