Ukraynanın keçmiş energetika və Daş kömür sənayesi naziri Eudard Stavitski barəsində axtarış elan edilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda Ukrayna baş prokuroru səlahiyyətlərini icra edən Oleq Maxnitski açıqlama verib.
Onun sözlərinə görə, Stavitski külli məbləğdə dövlət əmlakını mənimsəməkdə şübhəli bilinir.
Mənbə xatırladıb ki, bir müddət öncə müvəqqəti daxili işlər naziri Aresen Avakov «Facebook»-dakı səhifəsində bildirmişdi ki, əməliyyat –axtarışı zamanı keçmiş nazirdən 4,8 milyon dollar məbləğində nağd pul, 42 kq qızıl külçə və başqa qiymətlə daş-qaş müsadirə edilərək, götürülüb.