İstanbul Polisi idarəsi kəşfiyyat bölməsinin keçmiş rəisi Əli Fuat Yılmazər bildirib ki, İranla əlaqədə olan “Töfhid-i Salam” terrorçu təşkilatının Türkiyə hakimiyyətinin yüksək eşalonuna nüfuz etməsi ilə bağlı şübhələri var.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, “Today Zaman” bildirib ki, Yılmazərin sözlərinə əsasən, əgər bu şübhələr özünü doğrultsa, o zaman xarici ölkələrin casusları heç bir çətinlik çəkmədən asanlıqla Türkiyənin hakim dairələrinə nüfuz edə və ölkənin yüksək vəzifəliləri ilə təmas saxlaya bilərlər.
Yılmazər «Töfhid-i-Salam»-ın çağdaş təhlükəli terrorçu təşkilat olduğunu vurğulayıb.