Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Rusiyanın Krımla bağlı atdığı addımı «Ukraynanın suverenliyinə birbaşa təcavüz» adlandırıb.
Lent.az-ın «İnterfaks-Ukraina»-ya istinadən məlumatına görə, o, ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı deyib: «Biz bunu Ukraynanın suverenliyinə birbaşa təcavüz sayırıq».
O, mövcud münaqişənin həllində «strateji tərəfdar dövlətlərin yardımına» ümid etdiklərini də vurğulayıb.
Dövlət katibi öz növbəsində Ukraynanın müvəqqəti prezidentinə əminliklə deyib: «Amerika həmişə Ukraynada demokratiya və azadlığın müdafiəsi mövqeyində durub və duracaq».
Bu danışıq Rusiya Federasiya Şurasının Ukraynaya girməsi ilə bağlı məlum qərarından öncə olub.