Tiflisdə “Mərkəzi Asiya və Qafqaz regionunda bioloji təhlükəsizliyin sabitliyi” seminarı keçirilir
19 noyabr 2013 20:45 (UTC +04:00)

Tiflisdə “Mərkəzi Asiya və Qafqaz regionunda bioloji təhlükəsizliyin sabitliyi” seminarı keçirilir

Gürcüstan paytaxtında “Mərkəzi Asiya və Qafqaz regionunda  bioloji təhlükəsizliyin sabitliyi” mövzusunda seminar başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Böyük Britaniyanın Bioloji Təhlükəsizlik Assosiasiyasının Beynəlxalq Federasiyasının dəstəyi ilə keçirilən tədbirdə Gürcüstan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Ermənistandan gələn nümayəndə heyətləri iştirak edir. Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Faiq Ramazanov təmsil edir.

 

Seminarın birinci günü bir çox məsələlər müzakirə edilib və əldə edilən təcrübələr barədə fikir mübadiləsi aparılıb. Tədbirdə QHT-lərin bioloji təhlükəsizlik sahəsində rolunun artırılması, laboratoriya xidmətinin yaxşılaşdırılması, dövlətin siyasətində bioloji təhlükəsizlik məsələlərinə önəm verilməsi, əhali arasında bioloji təhlükəsizlik barədə təbliğat aparılmasının vacibliyi vurğulanıb.

 

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Faiq Ramazanov jurnalistlərə açıqlamasında seminarda Kür çayının Gürcüstan hissəsinin çirklənməsi məsələsini qaldırdığını bildirib: “Çaya axıdılan çirkab sular xəstəliklərə səbəb olur”. F.Ramazanov Ermənistandan Azərbaycana axan çayların da çirkləndiyini, bu sulara insan həyatı üçün təhlükəli olan kimyəvi tullantılar töküldüyünü də bildirib.

 

Böyük Britaniyanın Bioloji Təhlükəsizlik Assosiasiyasının Beynəlxalq Federasiyasının vitse-prezidenti, Tiflis Aqrar Universitetinin professoru Leila Bakamidze Kür çayına axıdılan çirkab suların axıdılmasına münasibət bildirib: “Tədbirin əhəmiyyəti böyükdür. Kür çayına çirkab suların axıdılması məsələsi keçən il Qazaxıstanda keçirilən tədbirdə də qaldırılıb. Bu gün də Azərbaycan nümayəndəsi bu vacib məsələni qaldırdı. Ona görə də biz çalışacağıq ki, bizə qonşu olan Azərbaycana Kür çayı vasitəsilə axıdılan çirkab tullantılarının qarşısını alaq”.

 

Tədbir 4 gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35