Suriyada hava zərbələri nəticəsində 20 nəfər öldü
07 yanvar 2016 06:44 (UTC +04:00)

Suriyada hava zərbələri nəticəsində 20 nəfər öldü

Suriya ordusuna məxsus hərbi təyyarələrin paytaxt Dəməşq yaxınlığında yerləşən Şərqi Quta bölgəsinə hava zərbələri endirib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, müxalifət qüvvələrinin nəzarəti altında olan yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

 

Həlak olanlar arasında qadın və uşaqların da olduğu bildirilir. Məlumata əsasən, yaralananlar “təcili yardım” maşınları və fərdi avtomobillərlə səhra xəstəxanalarına çatdırılıblar. Hava hücumu nəticəsində əraziyə ciddi ziyan dəyib, bir çox binalar dağılıb, nəqliyyat vasitələri yararsız hala düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar