Şimali Amerikada ilin ən yaxşı avtomobili seçilir
13 dekabr 2014 02:24 (UTC +04:00)

Şimali Amerikada ilin ən yaxşı avtomobili seçilir

0

Şimali Amerikada “2015-ci ilin avtomobili” (North American Car and Truck/Utility of the Year) adına namizədlərin final siyahısı elan edilib.

 

Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, mükafat iki kateqoriyada maşınlara təqdim ediləcək: yüngül və yolsuzluq avtomobilləri. Qaliblər yanvarda keçiriləcək Detroyt avtosalonunda elan ediləcək.

 

Yüngül avtomobillər kateqoriyasında müsabiqənin finalçıları Hyundai Genesis, Volkswagen Golf və Ford Mustang avtomobilləri deçilib. Ən yaxşı yolsuzluq avtomobili və pikap adı uğrunda isə Ford F-150, Chevrolet Colorado və həmçinin Lincoln MKC mübarizə aparacaq. Finalçılar KİV-lərdə çalışan 57 ekspert tərəfindən səsvermə ilə müəyyənləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar