Səudiyyə Ərəbistanında küçədən keçənlər atəşə tutuldu: 5 ölü, 9 yaralı
04 noyabr 2014 06:21 (UTC +04:00)

Səudiyyə Ərəbistanında küçədən keçənlər atəşə tutuldu: 5 ölü, 9 yaralı

Səudiyyə Ərəbistanının Əl-Xasa əyalətində naməlum silahlılar küçədən keçənləri atəşə tutublar.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

 

Şahidlərin bildirdiyinə görə,  üç nəfər üzü maskalı silahlı şəxs tapança və avtomatlardan küçədə insanlara atəş açıb. Hazırda faktla bağlı araşdırma aparılır. 

# 1117
avatar

Oxşar yazılar