Sent Luisdə 57 etirazçı saxlanıldı
11 avqust 2015 07:11 (UTC +04:00)

Sent Luisdə 57 etirazçı saxlanıldı

0

ABŞ-ın Missuri ştatının Sent Luis dairəsində kütləvi etiraz aksiyaları zamanı saxlanılanların sayı 57 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Missuri ştatının Şərq dairəsi üzrə prokurorun ofisindən bildirilib.   

 

Məlumata görə, etirazçılar aksiya zamanı “vətəndaşların federal məhkəmənin yerləşdiyi binaya girişinə maneçilik yaratdığına görə” həbs olunublar.  “Ümumilikdə isə, etirazlar dinc şəraitdə keçirilib”, deyə məlumatda bildirilir. Saxlanılan şəxslərin tədricən sərbəst buraxıldığı bildirilir.  

 

Saxlanılanlar arasında tatınmış qaradərili fəalların da olduğu bildirilir. Bunlar məhkəmə binası qarşısında aksiyanın təşkilatçıları  Derey Makesson və Conetta Elzi, tanınmış alim, ilahiyyatçı, ictimai xadim  baptist keşiş Osaqiyefo Uxura Seku və filosof Kornel Uestdir.      

 

 Qeyd edək ki, ötən gün gecə saatlarında Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 641

Oxşar yazılar