Saakaşvili ailəsinin əmlakına həbs qoyuldu
19 sentyabr 2014 20:41 (UTC +04:00)

Saakaşvili ailəsinin əmlakına həbs qoyuldu

Tbilisi məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ailəsinin əmlakına həbs qoyub.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, sabiq prezidentin vəkili Otar Kaxidze bəyan edib ki, onların arasında torpaq sahələri, Tbilisidəki ev və avtomobillər var.

 

“Prokurorluğun qərarında həbsin səbəbləri açıqlanmır”, deyə Kaxidze bildirib.

 

Xatırladaq ki, Gürcüstan prokurorluğu Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb, onun barəsində axtarış elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102
avatar

Oxşar yazılar