Rusiyanın hərbi texnika karvanı Ukraynaya girdi
16 avqust 2014 00:41 (UTC +04:00)

Rusiyanın hərbi texnika karvanı Ukraynaya girdi

Rusiyanın 20 ədəd ağır hərbi texnikasından ibarət karvanı Ukraynanın Severnıy qəsəbəsi istiqamətindən Luqansk vilayətinə daxil olub 

 

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın “UNİAN” agentliyi məlumat yayıb. “Prava sprava” İctimai Birliyin rəhbəri Dmitri Snegiryov agentliyə açıqlamasında bildirib ki,  bu məlumatı ona hadisənin şahidləri olmuş yerli sakinlər və onun rəhbəri olduğu təşkilatın üzvləri təqdim ediblər.    

 

“İndi (yerli vaxtla 21.00, Bakı vaxtı ilə 23.00-da) Rusiyanın 20 ədəd ağır hərbi texnikasından ibarət karvanı Rusiya sərhədində yerləşən Severnıy qəsəbəsi istiqamətindən Luqansk vilayətinə daxil olub. Karvan əksəriyyəti “Qrad” reaktiv yaylım atəş sistemi olan 20-dək ağır texnikadan ibarətdir. Karvan Suxodolskdan Ukrayna ordusunun nəzarəti altında olan Novosvetlovka istiqamətində hərəkət edir”, deyə Snegiryov bildirib.  

 

O, həmçinin, bildirib ki, həmsərhəd rayonlarda, Rusiyanın Rostov vilayətində hazırda özlərini “Rusiya könüllüləri” adlandıran 2 minədək şəxs cəmləşib. “Onlar bu gecə Krasnodon – Luqansk magistral yolunu Novosvetlovka kəndi istiqamətində nəzarətə almaq məqsədilə sərhədi keçməyə hazırlaşırlar. Bunun bir məqsədi var – Novosvetlovka və Xryaşevatoye kəndləri istiqamətində Ukrayna Milli Qvardiyasının birləşmələrini mühasirəyə almaq”, deyə Snegiryov qeyd edib.

 

O əlavə edib ki, hazırda Krasnıy Luç və Minusinka şəhərləri yaxınlığında ağır döyüşlər gedir, terrorçular “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” arasında dəhliz yaratmağa səy göstərirlər.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5540
avatar

Oxşar yazılar