Cənubi Amerikanın Qayana ölkəsində 50 yaşlı iş adamı Lennoks la Kruus həyat yoldaşını və 5 uşağından 4-ü qətlə yetirməkdə şübhəli bilinərək, polis tərəfindən tutulub.
Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, o, qurbanlarının qətlə yetirdikdən sonra evin qapısını bağlayaraq, onu yandırıb. La Krus Venesuela ilə sərhədin yaxınlığında, Port Kaitumada həbs ediblər.
Polis bildirib ki, hadisə ilə bağlı iş adamının sağ qalan 12 yaşlı qızı xəbər verib. Sağ qalan qız polis məntəqəsinə gedərək, valideynlərinin mübahisə etdiklərini və atasının evi yandırmaqla hədələdiyini deyib. Polis olay yerinə gedən artıq ev yanırmış. Dəmir qapı isə bağlı imiş.
Ölənlər müəyyənləşdirilib - 39 yaşlı Larlin La Krus, 3 və 14 yaşında iki qız, bir və 18 yaşlarında iki oğlan.