Qara qüvvələrin dəhşətli buyruqları, diktatorun inadı, kahinlərin yoxa çıxartdığı aparat... - ARAŞDIRMA
11 mart 2013 12:21 (UTC +04:00)

Qara qüvvələrin dəhşətli buyruqları, diktatorun inadı, kahinlərin yoxa çıxartdığı aparat... - ARAŞDIRMA

Üçüncü Reyx bəşəriyyət tarixində ən dəhşətli və ən güclü diktatura olub. Ona görə dəhşətli ki, onun haqqında kiçik yaşlı uşaqların belə məlumatı olub, ən güclü ona görə ki, Üçüncü Reyxin xidmətində bəzi sirli qüvvələr olub. Bu günə qədər tam öyrənilməsə də  bunu iddia etməyə kifayət qədər əsas var.

 

Tor layihəsi

 

Niyə alman xalqı bu qədər itaətkar idi və öz fürerinin ardınca kor-koranə gedirdi? Bu sualın cavabı “Anenrebe”nin sirli arxivlərində saxlanılır. (“Anenrebe” haqqından geniş araşdırmamız olacaq). Bu sirli və mistik institutun əsas missiyası yeni mükəmməl silah hazırlamaq idi. Bu silah öldürməyəcək, rəhbərin iradəsini ayrı-ayrı adamlara yox, bütün xalqa təlqin edəcəkdi.

 

Bu instituta Karl Maur rəhbərlik edirdi. Müharibənin sonunda “Anenrebe”nin bütün tədqiqatları və gizli planları müttəfiq dövlətlərin əlinə keçdi və onlar da bundan gizli silah kimi istifadə etməyə başladılar. Onlardan biri də kod adı “Tor” olan layihə idi.

 

Bu layihə haqqında 1959-cu ildə İsveçrədə nəşr olunmuş “Torun çəkici” adlı kitabda ətraflı məlumat verilir. Lakin maraqlı məqam odur ki, az tirajla nəşr olunmuş kitab qısa zamanda naməlum şəkildə piştaxtalardan yoxa çıxdı, müəllifi Vilhelm Alpental isə Cenevrə gölündə boğuldu. Sonradan məlum olub ki, o, “Anenrebe”nin sabiq əməkdaşı olub.

 

Bir müddət sonra Almaniyada Hans-Uilrix fon Krants adlı bir nəfər evinin çardağında atasının – o da müharibə zamanı “Anenrebe”də xidmət edib - arxivini axtararkən bu kitabın bir nüsxəsinə rast gəlir.

 

Kitabda qeyd olunurdu ki, “Anenrebe”nin rəhbərlərindən biri olan Karl Villiqut (1866-1946, Üçüncü Reyxin mistik düşüncə və planlarına ciddi şəkildə təsir göstərib. O, katolik kilsəsinin təqib etdiyi və küfrdə ittiham edərək anafemaya verdiyi Villiqut sülaləsinə mənsub idi) özündə nadir rast gəlinən qəribə lövhəciklər saxlayırdı ki, burada da insanlar üzərində qeyri-məhdud hakimiyyəti təmin etməyə imkan verən qədim rituallar yazılmışdı. Mətnlər mütəxəssislər tərəfindən oxunur və sonradan lövhələrdə çəkilmiş sxemlərdən psixofiziki aparatlar hazırlanır. Bu layihənin məğzi ondan ibarət idi ki, onlar hipofizə (orqanizmin böyüməsinə və inkişafına təsir göstərən daxili sekresiya vəzisi) və orada yerləşən əsəb sisteminə təsir göstərə bilirdilər.

 

Bu tam məxfi layihə “Tor” adlanırdı. Eksperimentlər əsir düşərgələrindəki məhbuslar üzərində aparılırdı. Aparat çox böyük idi və onu ev şəklində maskalayırdılar ki, bu zaman onun həqiqi təyinatını anlamaq elə də asan olmurdu.

 

1944-cü ildə Üçüncü Reyx insanlar üzərində kütləvi təcrübələrə başlayır. Bir müddət sonra Maurun tabeliyində olanlar nəinki insanların iradəsinə birbaşa təsir edir, eyni zamanda onları istənilən əmri yerinə yetirməyə məcbur edirdilər. Lakin almanların o qədər də vaxtı qalmamışdı. Məğlubiyyətə hər gün bir az daha yaxınlaşırdılar.
 

Rus əsgərlərinin Alştad şəhəri ilə bağlı xatirələri bu hadisələrin birbaşa şahididir. 1945-ci ilin yanvarında almanların ciddi-cəhdlə qoruduqları Alştad şəhərini almağa çalışan rus əsgərlər sonradan hadisələri təsvir edirdilər: “Alştad rayonunda biz düşmənin güclü müqaviməti ilə qarşılaşdıq. Baxmayaraq ki, bizim qarşımızda ancaq uşaqlar və təqaüdçü qocalar idi, onlar son damla qanlarına qədər vuruşdular. Alştaddan şimalda meşəlik var idi, düşmən buranı xüsusi inadla qoruyurdu. Silahlı adamlardan əlavə, buranı həm də SS-in əsgərləri qoruyurdu. Bizim tanklar ilk dəfə meşənin kənarına yaxınlaşanda orada bir neçə güclü partlayış baş verdi. Bu zaman sanki sehrli çubuq işə düşdü, vəziyyət kəskin dəyişdi: almanlar silahları yerə qoymağa və əsir düşməyə başladılar. Onların üzündə qorxu və çaşqınlıq var idi. Belə bir təəssürat yaranırdı ki, onlar çox vacib bir obyekti partlatmışdılar. Partlayış yerində biz çox da böyük olmayan tikili aşkar etdik. Onun nə olduğunu anlamaq mümkün deyildi. Bu tikilinin xarabalıqları bir neçə sıra tikanlı məftillərlə əhatə olunmuşdu. Kənarda isə qarovul qülləsi vardı. Belə məlum oldu ki, bu tikili cəmi bir il əvvəl tikilib. Şəhərin ətrafında isə retranslyatoru olan hündür antenalar yerləşdirilmişdi”.

 

Bu obyektlərdən digər şəhərlərdə də aşkar edilir. Lakin onların hamısı almanlar tərəfindən partladılır. Bu obyektlər və onların təyinatını araşdırmaq üçün amerikalılar xüsusi komissiya yaradırlar. Gizli və tam məxfi şəraitdə çalışan bu komissiyaların gəldiyi son nəticə isə budur ki, bu obyektlərin həmin rayonu fanatikcəsinə müdafiə edən alman hərbi hissələri ilə birbaşa əlaqəsi olub. Belə ki, obyektin partladıldığı andan etibarən obyekti qoruyan əsgər və mülki şəxslər müqaviməti dayandırır. Bütün bunlar sübut edir ki, fəaliyyət göstərən hər bir obyekt hansısa bir formada alman əsgərlərinin və vətəndaşların döyüş ruhuna təsir göstərib.

 

İblis Hitler

 

Daha bir alman professor Vilfrid Talman “Hitler və iblis” kitabını yazmaq üçün bütün Avropanı gəzir. Materialları toplayan professora bu kitabı çap etmək qismət olmur, professor və onun illər uzunu topladığı materiallar naməlum şəraitdə yoxa çıxır. Lakin Talmanın bir neçə tələbəsi vardı və o, bəzən öz fikirləri ilə bölüşürdü. Tələbələrin birində professorun bəzi yazıları qalır. O yazılardan məlum olur ki, müharibənin son mərhələsində Hitler hansısa güclü qara qüvvələrlə müqavilə bağlamağa hazırlaşırdı. Bu müqavilənin mahiyyəti ondan ibarət idi ki, bu güclü, sirli qüvvələr müəyyən şərtlərdə hadisələrin gedişinə müdaxilə edəcək və onu dəyişdirəcəkdi. Elə bu vaxtlarda Hitlerin ölüm fərmanları hər tərəfə yayılırdı: şəxsi həkimi öldürülsün, hərbi əsir düşərgələrindəki bütün məhbuslar məhv edilsin, Berlin metrosu batırılsın (bu zaman 300 min mülki vətəndaş ölmüşdü) və s. Bu ölüm fərmanları fürerin qara qüvvələr qarşısında öhdəliyi ola bilərdimi? Bu sualın cavabı hələ də tapılmayıb.

 

Son illərdə aparılan tədqiqatlardan məlum olub ki, İkinci Dünya müharibəsi zamanı alman alimi, bioloq Otto Klayn insanın klonlaşdırılması təcrübələrində birbaşa iştirak edib. Dünya hakimiyyətini ələ keçirmək üçün Vermaxta istənilən əmri yerinə yetirən çoxsaylı güclü və dözümlü əsgərlər lazım idi. Bu zaman isə ən yaxşı vasitə qədim gizli elmlərdə göstərilmiş klonlama idi. Bunu reallığa çevirmək üçün elə bir güclü diktator lazım idi ki, Şərqdə əlçatmaz, amma vacib olan elmləri əldə edə bilsin. Belə biri məhz Hitler idi; o, düşünülmüş planların həyata keçirilməsi üçün gizli Tibet cəmiyyətlərindən birinə üzv olmuşdu. Bu zaman Üçüncü Reyxin yüksək dairələrində ölümsüz insan əldə etmək üçün Şərqdə həyata keçirilən klonlaşma barədə söz-söhbət gəzirdi. Deyilənlərə görə, qədim elmlərlə nəinki klon yaratmaq mümkünmüş, hətta orijinalın şüuru ona da köçürülə bilərmiş. Bunun üçün xüsusi aparat yaradılmışdı və onun köməyi ilə insan şüuru yeni yaradılmış insana köçürülürdü. 
 

Alman xüsusi xidmətlərinə məlum olub ki, bu aparatın çertyojları və klonlama prosesi tibet məbədlərinin birində gizli anbarda saxlanır. Üçüncü Reyxin başçılarının fikrincə, həmin aparat özü də orada saxlana bilərdi.

 

Gərgin axtarışlar başladı. Uzun və üzücü aramaların sonunda aparatı Tibetdə tapmaq mümkün olmayıb. Müdrik Tibet lamaları bu biliklərin iblis xislətli Hitlerə çatmaması üçün qərar vermişdilər... Aparat qeyb oldu...

 

# 2669

Oxşar yazılar