Qara dənizdə yük gəmisi batıb: 7 itkin
19 aprel 2017 09:50 (UTC +04:00)

Qara dənizdə yük gəmisi batıb: 7 itkin

Qara dənizdə yük gəmisi batıb.

 

APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, “Qeroi Arsenala” adlı gəminin göyərtəsindəki yeddi nəfər itkin düşüb. İlkin məlumata əsasən, gəminin göyərtəsində 12 nəfər olub. Bunlardan 8-i Rusiya, 3-ü Ukrayna və 1-i Gürcüstan vətəndaşıdır. Gəmi Rostov vilayətindən Türkiyəyə taxıl aparırmış.

 

 

Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarə rəisinin köməkçisi Vladimir İvanov hadisə yerinə bir neçə xilasetmə gəmisinin və aviasiyanın göndərildiyini deyib. Artıq bir dənizçi xilas edilib, daha dörd nəfəri sudan çıxarmaq istiqamətində işlər gedir.

 

 

Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarının keçirilməsinə maneçilik törədir. Bildirilir ki, qəzanın baş verdiyi ərazidə dalğaların hündürlüyü 3 metr, küləyin sürəti saniyədə 20 metrədək çatır.

FHN-nın məlumatına görə, Panama bayrağı altında hərəkət edən yük gəmisinin göndərdiyi SOS siqnalını sərhədçilər qəbul edib. Sonra məlumat xilasedicilərə göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35