Putinin qızını oğluna istəyibmiş
03 yanvar 2016 12:23 (UTC +04:00)

Putinin qızını oğluna istəyibmiş

“Ərəb Baharı”nınn qurbanlarından olan Liviyanın sabiq prezidenti Muammər Qəddafinin Rusiya prezidentinin qızlarından biri üçün elçi düşdüyü iddia olunur.

 

Lent.az-ın anspress-ə istinadən məlumatına görə, sabiq prezident oğlu Seyfulislam Qəddafini Putinin qızı ilə evləndirərək Rusiya prezidenti ilə qohum olmağa cəhd edib.

 

Bu iddiaları, Muammər Qəddafinin müşavirlərindən Məhəmməf Əbdülmüttəlib əl Huni “əl Ərəbiyyə”yə verdiyi müsahibədə irəli sürüb. Əl Huni bunun siyasi bir evlilik olacağını, baş tutarsa hədəfin ölkələr arasında daha yaxın münasibət olduğunu bildirib. Sabiq müşavir Qəddafinin bu barədə Putinlə danışdığını, Rusiya prezidentinin bu təklifə çox təəccübləndiyini deyib.

 

Xatırladaq ki, Qəddafi 2011-ci ildə bölgəni öz təsiri altına alan “Ərəb Baharı” hərəkatı vaxtı əvvəl vəzifəsini, daha sonra üsyançıların əlinə keçərək həyatını itirmişdi. Ata Qəddafinin ölümündən sonra oğlu Seyfulislam Qəddafi müxaliflərin əlinə keçmişdi. Tripolidəki məhkəmələrdən biri onun barəsində edam hökmü versə də oğul Qəddafi hələ də silahlıların əlində əsirdir.

 

Qəddafinin Putinin hansı qızına elçi düşməsi barədə isə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar