"Taliban" parlament binasını bombaladı: 21 yaralı - YENİLƏNİB
22 iyun 2015 14:30 (UTC +04:00)

"Taliban" parlament binasını bombaladı: 21 yaralı - YENİLƏNİB

0
Əfqanıstanın parlament binası önündə törədilən partlayış nəticəsində 5-i qadın, 3-ü uşaq olmaqla, ümumilikdə 21 mülki şəxs yaralanıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sediq Sediqi məlumatı təsdiqləyib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

 
Xatırladaq ki, bu gün səhər saatlarında “Taliban” silahlıları Əfqanıstan parlamentinin binası önündə bir neçə partlayış törətdikdən sonra binanı atəşə tutublar.

***

"Taliban" silahlıları Əfqanıstanın paytaxtı Kabildə parlament binasına hücum edib. Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, terrorçular əvvəlcə partlayıcı ilə dolu avtomobili binanın qarşısında partladıblar. Daha sonra isə tikilməkdə olan binalardan birindən parlamentin gülləbaran edilməsinə başlanılıb. Təhlükəsizlik qüvvələri atəş gələn istiqamətə doğru əməliyyata başlayıblar.

 

"Taliban" hadisədən sonra məsuliyyəti öz üzərinə götürüb. Təşkilatın nümayəndəsi olan Zabihullah Mücahit deyib ki, Kabildə döyüş hələ də davam edir. Ölən və yaralananlar barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar