Ölməkdən qorxanların özəl tabutları - <span style="color:red;">FOTO
02 may 2018 15:52 (UTC +04:00)

Ölməkdən qorxanların özəl tabutları - FOTO

Dünyada ilk dəfə bahalı tabutlar 19-cu əsrin əvvəllərində Belçika Krallığında hazırlanıb. Kral və zadəgan ailələri qoz, şam və ukras ağaclarından hazırlanmış tabutlarda dəfn edilməyi özlərinə şərəf bilirlərmiş. Vəsiyyətlərinə uyğun olaraq “xoş qoxulu” tabutlarda basdırılırlarmış. Sonradan bahalı tabutları sifariş verən insanların sayı çoxaldıqca Avropanın bir çox ölkələrində bahalı tabut biznesi formalaşmağa başlayır.

 

Yeddi min dollardan başlayan qiymətlər...

 

 

Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Rusiya və Norveç artıq bahalı tabut ixracına görə dünyada ilk sıraları bölüşür. Bu ölkələrdə xüsusi ağaclardan hazırlanan tabutların qiyməti 7 min dollardan başlayır və yarım milyon avroya qədərdir. Bu cür tabutları ən çox Fransa, Rusiya, Polşa, Avstriya, Macarıstan, Andorra, Monako və Yunanıstan kimi ölkələrin imkanlı şəxsləri sifariş edir. Elit nümayəndələrin son on ildə bahalı tabutda dəfn olunmaq arzusu onların o dünyaya inanmammaları və nəşlərinin torpağa qarşımaması ilə bağlı istəklərindən doğurmuş. İngiltərənin “The best Coffin” şirkətinin bahalı tabut sifarişçiləri ilə bağlı keçirdiyi sorğuda belə qeyd olunur.

 

 

Çində tabut evlər...

 

 

Çin hökuməti 1999-cu ildə ömrünün son illərini yaşayan və ölümdən qorxan insanlara dəstək olmaq üçün maraqlı addım atır. Hökumət Pekinin kənar məhəllələrində ahıl zəngin insanlar üçün tabut evlər tikir və müraciət edənlər həmin evlərə köçürülürlər. Hətta ölümcül xəstəliyə yoluxmuş gənc insanlar da həmin evlərə köçmək üçün şəhərcik rəhbərliyinə müraciət ediblər. Şəhərcikdə ahıl və gənc insanlara xidmət edən qulluqçular isə “təbəssüm edən əzrail” maskaları taxırlar. Çin hökuməti bu yolla “o dünyadakı işgəncələrdən qorxan” insanlara mənəvi dəstək olduğunu düşünür.

 

 

Bahalı müsəlman tabutları...

 

 

2010-cu ildən başlayaraq Türkiyədə bahalı tabutlar istehsal edilir. Onlar qoz, fıstıq və vələs ağaclarından hazırlanır. Türkiyəyə bahalı tabutları isə əsasən Almaniya, Macarıstan, Qatar və Səudiyyə Ərəbistanına satır. Türkiyənin ildə 1000-ə yaxın bahalı tabut satdığı bildirilir.

 

 

Moskva tabut sərgisi...

 

 

Bahalı tabut biznesi ilə məşğul olan şirkətlər hər il öz məhsullarını nümayiş etdirmək üçün Moskvaya təşrif buyururlar. Onlar müxtəlif forma və ölçülərdə hazırlanan tabutlarını burada sərgiləməklə öz sifarişçilərinin sayını artırdıqlarını bildirirlər. Moskvada baş tutan bahalı tabut sərgisi üç gün davam edir və dünyanın otuzdan çox şirkəti iştirak edir. Üç gün ərzində sərgidə 3000-ə yaxın tabutun sərgilənir.

 

Bahalı tabutlar nədən hazırlanır?

 

 

Kommersiya sirrlərini açıqlayan bəzi bahalı tabut hazırlayan şirkətlər bildirirlər ki, “supertabutlar” bahalı ağaclarla hazırlanmaqla yanaşı onlar qızıl suyuna çəkilirlər. İçərisi dəvə və zürafə yunundan hazırlanan bahalı yorğan və balışlarla təmin edilirlər. İçərisinə Səudiyyə Ərəbistanında hazırlanmış müşk çəkilən tabutların qiyməti isə yarım milyon dollara qədərdir. Hətta fotoaparat, şərab şüşəsi formasında hazırlanan  tabutlar da sifariş əsasında hazırlanır və istifadə olunan materiallara görə onların qiyməti dəyişir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Tural TURAN

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35