Oğurluğa girdiyi evdə yanaraq öldü
30 noyabr 2015 10:46 (UTC +04:00)

Oğurluğa girdiyi evdə yanaraq öldü

0

ABŞ-ın Kaliforniya ştatının Fresno qəsəbəsində qəribə oğurluq hadisəsi baş verib. Lent.az-ın sozcu.com.tr-ə istinadən məlumatına görə, evə bacadan girməyə çalışan oğru orada sıxışıb qalıb. Bir gün sonra evinə dönən ev sahibi sobanı yandırıb.

 

Baca tıxalı olduğu üçün sobanı yandırar yandırmaz evi tüstü bürüyüb, bir neçə dəqiqədən sonra bacadan bağırtılar gəlib.

 

Dərhal polisə məlumat verən ev sahibi alovu söndürməyə çalışıb. 10 dəqiqə ərzində bağırtı kəsilib. Hadisə yerinə gələn yanğınsöndürənlər və polis əməkdaşları bacanı bayırdan dağıdaraq oğruya çatıblar. Oğru aldığı çoxsaylı yanıq xəsarətindən yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar