Nyu-Yorkun Manhetten rayonundakı 5 mərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Lent.az-ın « İTAR-TASS»-a istinadən məlumatına görə, bir neçə nəfər itkin düşmüş hesab edilir.
İlkin ehtimala əsasən, olay qaz sızması nəticəsində baş verib.
Polis terror aksiyasının istisna edib.
***
20.01
Nyu-Yorkun Şərqi Qarlem rayonunda partlayışdan sonra 5 mərtəbəli iki yaşayış binası uçub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, baş verən olay nəticəsində 17 nəfər çeşidli dərəcədə yaralanıb.
Dağıntı qalıqları yolları tutduğundan rayon ərazisində qatarların hərəkəti müvəqqəti olaraq, dayandırılıb.
Hadisənin baş vermə səbəbi hələ məlum deyil.