Nyu-York Senatının sabiq başçısı korrupsiyada təqsirli bilindi
12 dekabr 2015 01:37 (UTC +04:00)

Nyu-York Senatının sabiq başçısı korrupsiyada təqsirli bilindi

ABŞ-da Nyu-York ştatı Senatının keçmiş başçısı Din Skelos və onun oğlu Adam korrupsiyada təqsirli biliniblər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlara qarşı rüşvətxorluq, hədə-qorxu ilə pul tələb etmə və cinayətkarlıq fəaliyyəti məqsədilə sövdələşmə daxil olmaqla səkkiz bənd üzrə ittiham irəli sürülüb.

 

Qeyd olunur ki, Skeloslar Nyu-York şəhərindəki tikinti şirkəti və Arizona ştatında yerləşən digər şirkətdən hədə-qorxu ilə külli miqdarda pul tələb ediblər.

 

Xatırladaq ki, 67 yaşlı Din Skelos və 32 yaşlı Adam Skelos mayın əvvəlində saxlanılmışdılar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Oxşar yazılar