APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, hadisə bü gün paytaxtın Şimal-şərq dairəsində, Malıgina küçəsi 20 ünvanında yerləşən "Vstreça" kafesində baş verib.
Belə ki, üç nəfər arasında mübahisə yaşanıb. Nəticədə onlardan biri tapança ilə digər iki nəfərə atəş açıb. Atəş nəticəsində bir nəfə ölüb, bir nəfər isə əlindən və çiynindən yaralanıb.
Ölən şəxsin F. Hüseynov olduğu və onun Novqorod vilayətində "Diaspor" qəzetində çalışdığı bildirilib. Yaralanan 57 yaşlı M. Bəşərovun da həmin qəzetdə jurnalist olaraq fəaliyyət göstərdiyi məlum olub.
M. Bəşərov xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin Moskvaya Azərbaycan xalq festivalına ezamiyyətə gəldiyi bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycanlı jurnalistlərə atəş açan şəxsin axtarışları davam etdirilir.
***
23.02
Moskvada kafelərdən birində baş vermiş münaqişə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, hadisə şəhərin şimal-şərqində yay kafelərindən birində baş verib.
“İlkin məlumata əsasən, Malıgin küçəsində üç nəfər arasında münaqişə yaranıb. Onlardan biri tapança ilə iki nəfərə atəş açıb. Nəticədə onlardan biri çiynindən yaralanıb. O biri isə döş qəfəsindən aldığı yaradan yerindəcə keçinib”-deyə, Moskva polisi bildirib.