Moskvada bir ailənin dörd üzvü evdə qətlə yetirilib
05 dekabr 2014 18:54 (UTC +04:00)

Moskvada bir ailənin dörd üzvü evdə qətlə yetirilib

0
Rusiya paytaxtında dəhşətli cinayət hadisəsi baş verib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın cənub hissəsində, Naqatinsky küçəsi, 13 ünvanında yerləşən mənzildən 4 nəfərin üzərində zorakılıq əlamətləri olan cəsədləri tapılıb.

 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən şəxslər bir ailənin üzvləri olublar. Bunlar yaşlı ər-arvad, onların oğlu və gəlinidir.

 

Cəsədlərin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

 

Qətlin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi bilinmir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar