Moldovanın paytaxtı Kişinyovda etirazçılar hakimiyyət nümayəndələri ilə dialoqdan imtina ediblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə müxalifət nümayəndələrindən olan Belçi şəhərinin meri və “Bizim partiya”nın lideri Renato Usatıy məlumat verib. O bildirib ki, müxalifət hökumətin buraxılması və parlamentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı tələblərində təkid edəcək.
“Hazırki hakimiyyətlə dialoq ola bilməz, çünki o, legitim deyil”,-deyə R. Usatıy qeyd edib. O, həmçinin, xatırladıb ki, etirazçıların liderləri artıq bir dəfə parlamentin sədri Andriana Kandu ilə görüşüb, lakin bu görüş nəticəsiz başa çatıb.
“Bu, bizim səhvimiz idi, qarşıda biz bu səhvi təkrarlamağa hazırlaşmırıq, çünki oxşar görüşlərin bir mənası olduğunu görmürük. Onların bütün qərarları qəbul edən hakim koalsiyanın rəhbəri oliqarx Vlad Plaxotnyukla tələblərimizi müzakirə etmək üçün kifayət qədər vaxtı var. Əgər hakimiyyət bizim tələblərimizi qəbul etsə, növbədənkənar seçkilərin necə keçirilməsi ilə bağlı müzakirələr apara bilərik”,-deyə R. Usatıy vurğulayıb.