Misir prezidenti Əbdül Fəttah əs-Sisi ABŞ və Avropa Birliyini “İraq Şam İslam Dövləti”-i (“İŞİD”)yaraqlılarına yardım etməkdən çəkinməyə çağırıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, əs-Sisi bildirib ki, Suriya və İraqdan sonra terrorçuların hədəfində İordaniya və Səudiyyə Ərəbistanı olacaq.
“İŞİD”-in Misiri də işğal etmək planları var idi. Mən onların İraqa daha sonra isə İordaniya və Səudiyyə Ərəbistanına hücum etmək niyyətləri barədə ABŞ və Avropanı öncədən xəbərdar etmişdim” - deyə, Misir prezidenti bildirib.
Misir prezidenti bildirib ki, Qərbi “İŞİD”-ə yardımı güclü fəsadlarla nəticələnəcək.
Qeyd edək ki, iyunun 29-da “İŞİD” terrorçu qruplaşması Suriya və İraqda işğal etdiyi ərazilərdə xilafətin yaradıldığını elan edib.