Bavariyanın baş naziri Xorst Zeyexofer Almaniya kansleri Angela Merkelə qaçqınların qəbuluna dair yeritdiyi siyasətə görə ultimatum irəli sürdüyünü bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Zeyexofer Merkeldən sərhəddə bir sıra hüquqi normaları bərpa etməyi tələb edəcəyini bildirib.
“Bu tədbirlərin həyata keçirilməyəcəyi təqdirdə biz Merkeldən Federal Konstitusiya Məhkəməsinə şikayət etmək məcburiyyətində qalacağıq”, deyə o qeyd edib.
Qeyd edək ki, Cənubi Bavariyanın Landsthut dairəsinin rəhbəri Piter Dreyer bundan əvvəl suriyalı qaçqınlarla dolu avtobusu sürdürərək federal hökumətin apardığı miqrasiya siyasətinə etiraz əlaməti olaraq Almaniya kansleri Angela Merkelin ofisinin qarşısında saxlatdırıb.