Meksikanın Nuevo-Leon ştatının Anauk şəhərində avtobus və qatarın toqquşması nəticəsində ölənlərin sayı 20-yə çatıb, azı 31 nəfər isə yaralanıb.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qəza nəticəsində 16 nəfərin öldüyü bildirilirdi.
Qəzanın sərnişinlərlə dolu avtobusun dəmir yolu xəttinin üzərindən keçən an baş verdiyi bildirilir.
Ölənlərdən ikisinin uşaq olduğu qeyd olunur.
Hadisə ilə bağlı araşdırma davam edir.