““İraq Şam İslam Dövləti” yaraqlıları bütövlükdə bölgəni təhdid edir”.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu xəbərdarlığı İraqın baş naziri Nuri əl-Maliki edib.
O, bildirib ki, “əli qana batanlar istisna olmaqla” hakimiyyətə qarşı vuruşanları əfv etməyə hazırdır.
Əl-Maliki ölkənin şimalındakı kürd liderləri də bu əraziləri tam ələ keçirməyə cəhdə görə, kəskin tənqid edib. O, deyib ki, ölkədə baş verən son olaylardan “öz xeyrinə istifadə etməyə heç kəsin haqqı yoxdur”.