Ukraynanın Luqansk şəhərində Litvanın fəxri konsulu Nikolay Zelenets oğurlanaraq qətlə yetirilib.
APA-nın “Delfi” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə özünün Twitter səhifəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçus yazıb.
Latviyanın prezidenti Dalya Qribauskayte və ölkənin xarici işlər nazirliyi Nikolay Zelenetsin yaxınlarına baş sağlığı veriblər.
Ukrayna KİV-nin məlumatına əsasən, iş adamı Nikolay Zelenets Luqansk şəhərində yaşayıb, Ukrayna vətəndaşı olub.