Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin küçə və meydanlarına əllərində “Molotov kokteyl”li şəxslərin peyda olmasına yol verməyəcək.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, “BelCi” müəssisəsinin işçiləri ilə görüşü zamanı o, qeyd edib ki, öz seçki kampaniyasını Belarusdakı vəziyyətin bölgədəki dövlətlərin daxili münaqişələr ilə müqayisə üzərində qurmur.
“Allah şükürlər olsun ki, biz heç vaxt dəyənək, “Molotov kokteyl”lə küçə və meydanlara çıxmamış, öz normal həyatımızı yaşamışıq. Bu gün artıq silah, pulemyot, “İqla” ilə küçələrə çıxır, təyyarə vurur, özününküləri güllələyirlər”-deyə, Lukaşenko bildirib.
O, qeyd edib ki, belə bir şəraitin yaranmaması başlıca vəzifəsidir: “Bəziləri deyir ki, Lukaşenko seçki kampaniyası aparır. Seçkiyə hələ iki il var. Ancaq məni artıq tənqid edirlər. Mən sadəcə olaraq, istəyirəm ki, biz sakit yaşayaq. Qoy, biz 500-600 dollar əmək haqqı alaq, ancaq sexlərdə arxayın işləyək”.