Keşiş Misirdəki pravoslav xristianların İsrailə getməsini yasaqlayıb
16 aprel 2014 07:14 (UTC +04:00)

Keşiş Misirdəki pravoslav xristianların İsrailə getməsini yasaqlayıb

Aprelin 20-də Pasxa bayramıdır. Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, Misirin İsgəndəriyyə şəhərindəki kopt pravoslav kilsəsinin mətbuat katibi Roys Morkos bildirib ki, Pasxanı qeyd etmək üçün Qüdsə ziyarətə gedənlər cəzalandırılacaq.

 

 

Məlumata əsasən, bu haqda  kopt kilsəsinin başçısı II Tavadros (Feodor) fitva verib. Mətbuat katibi “əl-Məsri əl-Yum” qəzetinə müsahibəsində bildirib ki, Feodor sələfi keşiş III Şenudunun (Sanifios) koptların İsrailə getməsini yasaqlayan siyasətini davam etdirir.

 

 

“Jerusalem Post” bildirib ki, cəzalandırma ilə bağlı hədəyə baxmayaraq, 300-ə yaxın kopt artıq Qahirədən İsrail uçub və daha bir neçə min nəfərin də yaxın günlərdə səfər edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar