APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Kerri ABŞ və digər ölkələrin köməyi ilə İraq ordusunun yenidən hazırlanacağını vurğulayıb.
“Biz hamımız bilirik ki, beynəlxalq koalisiya İraqda, regionda və dünyada bütün təhlükələri yox edəcək”, deyə Kerri bildirib.
Qeyd edək ki, Con Kerrinin İraq səfəri zamanı Bağdadda terror aktı törədilib, ən azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.