İvanişvili: Gürcüstan İran qazını nəql edəcək
11 noyabr 2015 06:26 (UTC +04:00)

İvanişvili: Gürcüstan İran qazını nəql edəcək

0

Böyük ehtimalla İran qazı Gürcüstana nəql ediləcək. APA-nın “Georgia Online”-yə istinadən verdiyi xəbərə görə, bu barədə  Gürcüstan sabiq baş naziri, sahibkar-milyarder Bidzina İvanişvili bildirib. İvanişvili İranla maksimum möhkəm və geniş ticarət əlaqələrinin yaradılmasının zəruriliyini qeyd edib.   

 

“İki həftə əvvəl mənim ABŞ səfiri ilə görüşüm olub. Biz iqtisadiyyatın bütün istiqamətləri üzrə hökumət üzvləri ilə çox fəal çalışırıq. Mən heç nəyi idarə etmirəm, lakin iqtisadiyyatla əlaqəli olan hər məsələdə fəal iştirak edirəm. Biz İranla maksimum möhkəm və geniş ticarət əlaqələrinin yaradılmasına nail olmalıyıq. Siz bilməlisiniz ki, İran, Çin və Rusiya bizə çox gərəkdirlər.  İran qazı da Gürcüstana nəql edilsə bu çox maraqlı olardı və mən düşünürəm ki, bu, böyük ehtimalla, belə də olacaq”, deyə İvanişvilli bildirərək, hökumət özü təfərrüatları ictimaiyyətə təqdim etməyincə  məsələnin detallarını açıqlaya bilməyəcəyini qeyd edib.    

İvanişvillinin sözlərinə görə, o özü danışıqlarda sahibkar qismində iştirak edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar