İŞİD insanların qəbirstanlığı ziyarət etməsinə qadağa qoydu
0
0
İŞİD terror qruplaşması Qurban bayramı günü İraqın Diyalə vilayətindəki Celevla və Əs-Sadiyyə bölgələrində insanların qəbirstanlığı ziyarət etməsinə qadağa qoyub.
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, İŞİD-çilər 2 ay əvvəl ələ keçirdiyi Celevla və Əs-Sadiyyə bölgələrində doğmalarının məzarlarını ziyarət etməyə gələnləri qəbirstanlığa keçməyə icazə vermirlər.
İŞİD-çilər hesab edirlər ki, qəbirləri ziyarət etmək "bidətdir". Onlar bəyan ediblər ki, qadağaya əməl etməyənlərə ağır cəzalar veriləcək.
0
0