İŞİD-in daha bir lideri ələ keçdi
27 dekabr 2015 07:33 (UTC +04:00)

İŞİD-in daha bir lideri ələ keçdi

İraq ordusu Ər Ramadi şəhərində İŞİD terror qruplaşmasının liderlərindən birini əsir götürüblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılan terrorçunun kimliyi hələlik aşıqlanmır.  

 

Qeyd edək ki, İraq ordusu ölkənin qərbindəki Anbar əyalətində terrorçulara qarşı irimiqyaslı əməliyyatı davam etdirir. Əməliyyata Hərbi-Hava Qüvvələri, könüllü dəstələr və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası cəlb olunub.  İraq ordusu dekabrın 22-dən əyalətin inzibati mərkəzi hesab edilən Ər Ramadi şəhərinin mərkəzinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar