Ermənistan paytaxtında elektrik enerji tariflərinin artmasına qarşı etiraz aksiyası keçirilib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları İctimai xidmətlərin tənzimləməsi üzrə Komissiyanın binasını yumurta və pomidor atəşinə tutublar.
Bundan sonra polislə etirazçılar arasında toqquşma olub və nəticədə 6 nəfər saxlanılıb.
Saxlanılan şəxslər barədə müvafiq protokollar tərtib edildikdən sonra onlar azadlığa buraxılıb.