Irəvanda gərginlik artır
27 iyun 2015 05:49 (UTC +04:00)

Irəvanda gərginlik artır

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası iştirakçıları ilə polis arasında gərginlik artıb.

 

APA-nın “UNN” agentliyinə istinadən verdiyi məlumata görə, nümayiş davam edən əraziyə xeyli sayda polis qüvvələri yeridilib.

 

Avtobuslarla Baqramyan prospektinə gətirilən əlavə polis qüvvələri nümayişçiləri mühasirəyə almağa başlayıb.

 

“Hüquq-mühafizə orqanlarının rəhbərləri bizə vəd edib ki, aksiyanın dinc şəkildə keçirildiyi təqdirdə polis əməkdaşlarının sayı artmayacaq. Lakin onlar verdikləri vədə sadiq qalmırlar”, etirazçılar bildirib

 

Ermənistan polisinin rəisi Vladimir Qasparyanın sözlərinə görə,  qanunlara riayət edildiyi halda polis nümayişçilərə qarşı güc tətbiq etməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar