Trinidada və Tobaqonun keçmiş prezidenti Artur Robinson 87 yaşında vəfat edib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Robinson Haaqa Beynəlxalq Məhkəməsinin yaradılması ideyasının müəlliflərindəndir.
1989-cu ildə o, BMT-də narko-ticarətə qarşı mübarizə qurumu yaradılmasını təklif edib.
1990-cı ildə Robinson uğursuz hakimiyyət çevriliş zamanı girov götürülüb və ayağından yaralanıb.
1997-ci ildən 2003-cü ilədək Robinson bu ada dövlətin prezidenti olub.