Gömrük Birliyinə daxil olmaq üçün Qırğızıstan Rusiyadan 370 mln. istəyir
22 may 2014 05:46 (UTC +04:00)

Gömrük Birliyinə daxil olmaq üçün Qırğızıstan Rusiyadan 370 mln. istəyir

Qırğızıstan Gömrük İttifaqına üzvlüyün 370 milyon dollara başa gələcəyini bildirib.

 

Lent.az-ın “Tengrinews.kz”-ya istinadən məlumatına görə, Qırğızıstanın quruma daxil olması ilə bağlı “yol xəritəsi” mayın 29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək zirvə toplantısında imzalana bilər.

 

Həmin sammitdə Rusiya, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları iştirak edəcək.

 

Qırğızıstan Respublikası Prezident Administrasiyası xarici siyasət bölməsinin müdiri Sapar İsakovun sözlərinə əsasən, Qırğızıstan hökuməti ilə Gömrük İttifaqı mütəxəssisləri “xəritənin” hazırlanmasına böyük əmək sərf edib. O, qeyd edib ki, indiyə kimi ölkəsinin quruma üzvlüyə daxil olacağı halda məcburi maliyyə xərcləri hesablanmayıb.

 

“Bunun üçün Qırğızıstana 370 milyon dollar lazımdır. Bu maliyyə vəsaitinin ayrılması məsələsi indiyədək həll edilməyib. Bu xərcləri ikitərəfli qaydada Rusiya ödəyəcəyini boyun olub. Ancaq hələ də uyğun sənəd imzalanmayıb”-deyə, o, vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781
avatar

Oxşar yazılar