Fransada matəm elan edildi
07 yanvar 2015 23:48 (UTC +04:00)

Fransada matəm elan edildi

0

Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.

 

“Yanvarın 8-də, günorta terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Mən bütün vətəndaşlarımızı anımda iştirak etməyə çağırıram.  Matəmlə əlaqədar ölkədə 3 gün bayraqlar yarıya endiriləcək”, deyə F.Olland bildirib.

 

Xatırladaq ki, yanvarın 7-də Parisdə  “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar