Əsəd rejiminin müxalifət qarşısında şərti
16 mart 2014 04:43 (UTC +04:00)

Əsəd rejiminin müxalifət qarşısında şərti

0

Suriyadakı rejimin başçısı Bəşar Əsəd müxalifətlə danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Dəməşqin BMT-dəki təmsilçisi Bəşər Cəfəri qurumda məsələ ilə bağlı çıxış edib.

 

O, deyib ki, təmsil etdiyi rejim müxalifətlə danışıqlara bir şərtlə razıdır, onlar Bəşar Əsəd hakimiyyətinə qarşı silahlı mübarizə aparanlar arasında terrorçuların olduğunu etiraf etsin.

 

B.Cəfəri bildirib ki, terrorçuluğa qarşı mübarizəni  Suriyadakı hakimiyyət başlıca hədəf sayır.

 

 

Mənbə xatırladıb ki, Suriyadakı münaqişənin başlamasında 3 il ötüb.  Hüquq müdafiəçilərinin məlumatına əsasən, bu müddət ərzində 146 min silahlı münaqişənin qurbanı olub. Onların üçdə biri dinc sakinlərdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 997

Oxşar yazılar