Ermənistanda etiraz aksiyası keçirilib
01 mart 2015 22:44 (UTC +04:00)

Ermənistanda etiraz aksiyası keçirilib

0

Bu gün İrəvanda Ermənistan Milli Konqresi etiraz aksiyası keçirib.

 

APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, mitinq Sarkisyan hakimiyyətinin 2008-ci ildə 2008-ci ildə qətlə yetirdiyi ermənilərin xatirəsinə həsr olunub.

 

Aksiyanın aparıcısı olan Aram Manukyan deyib ki, yeddi il əvvəl bu gün Ermənistan hakimiyyəti silahsız xalqa hücum edib: “Ermənistanda iki gün qırğınlar davam etdi. 10 nəfər öldü, 150 nəfərdən çox insan yaralandı və o gündən bəri ölkədə avtoritar rejim quruldu. Bu faciənin təşkilatçıları və icraçıları isə hələ də cəzasız qalıblar”.

 

Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan isə çıxışında martın 1-nin Ermənistan üçün "milli yas, etiraz və dövlət terroru günü" olduğunu qeyd edib və hazırkı hakimiyyəti “xalqın qanı üzərində qurulduğunu” qeyd edib.  

 

 

Xatırladaq ki, 19 mart 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirilib və ölkənin Mərkəzi Seçki Komissiyası o zamankı baş nazir Serj Sarkisyanın qalib gəldiyini elan edib.

 

Müxalifət isə nəticələrlə razılaşmayaraq, fevralın 20-dən fasiləsiz etiraz aksiyalarına başlayıb. 1 mart 2008-ci ildə Ermənistan xüsusi təyinatlıları İrəvanın Azadlıq meydanında keçirilən mitinqini dağıdıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanda qurulmuş çadırları yığışdırıblar, aksiyanın dağıdılması zamanı dəyənəklərdən, gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə olunub.

 

Toqquşmalar nəticəsində 10 nəfər ölüb, 150-dən çox aksiya iştirakçısı yaralanıb.

 

Hadisələrdən dərhal sonra Ermənistanda 20 günlük fövqəladə vəziyyət elan olunub. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar