Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkilərindən sonra ilk dəfə danışıb. Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, prezident açıqlamasında deyib ki, hər kəs eqosunu kənara qoyub, ölkədə yeni hökuməti formalaşdırmalıdır.
Türkiyə prezidenti indiki siyasi vəziyyətdə üzərinə düşən məsuliyyətin fərqində olduğunu bildirib: "Məsuliyyətim çox böyükdür. Bunun fərqindəyəm. Onu da bilirəm ki, ölkəmizin gələcəyi üçün yeni bir dövr başlayıb".