Əfqanıstanda 8,1 milyon səs yenidən sayılacaq
16 iyul 2014 22:18 (UTC +04:00)

Əfqanıstanda 8,1 milyon səs yenidən sayılacaq

0

Əfqanıstanda keçirilmiş prezident seçkisinin ikinci turun bülletenlərinin yenidən sayılması  ilə bağlı razılaşma əldə edilib.

 

Lent.az-ın “İTAR- TASS”-a istinadən məlumatına görə, Müstəqil Seçki Komissiyası iyulun 17-dən 8,1 milyon səsi saymağa və yoxlamağa  başlayacaq. Qurumun təmsilçisi Nur Məhəmməd Nur bu açıqlama ilə çıxış edib: “Səsvermə bülletenlərinin yenidən sayılması Kabulda keçiriləcək. Üç həftə sürəcək prosesi yerli və beynəlxalq müşahidəçilər izləyəcək”.

 

 Onun sözlərinə görə, seçki bülletenlərini NATO qüvvələri daşıyacaq onlar iki növbədə işləyəcək.

 

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın dövlət katibi Con Kerri Əfqanıstanda olub. O, Əfqanıstan keçirilən prezident seçkisinin ikinci turundakı səsvermə zamanı “kütləvi saxtakarlığın olduğu haqda məlumatı”n yoxlanılmasının vacibliyini demişdi.

 

C.Kerri onu da bildirmişdi ki, danışıqlar zamanı səslərin yenidən sayılmasına prezidentliyə hər iki namizəd - Abdullah Abdullah və Əşrəf Qəni Əhmədzay, eləcə də hazırkı prezident Həmid Karzay razıdırlar.

 

 

Onun sözlərinə görə, yeni prezidentin avqustun 2-ə nəzərdə tutulan andiçmə mərasiminin tarixi də dəyişdiriləcək.

 

Qeyd edək ki, Müstəqil Seçki Komissiyası prezident seçkisində Əşrəf Qəni Əhmədzayın 56,44 faiz səslə qalib gəldiyini elan etmişdi. Qurum onun rəqibi Abdullah Abdullahın 43,56 faiz səs topladığını bildirmişdi.

 

A.Abdullah komissiyanın elan etdiyi nəticəyə etiraz edərək, kütləvi aksiyalar keçirəcəyini, “paralel hökumət quracağını” bəyan etmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 635

Oxşar yazılar