Duma KİV haqda qanuna “xarici agent”i daxil etmək istəyir
30 may 2014 01:52 (UTC +04:00)

Duma KİV haqda qanuna “xarici agent”i daxil etmək istəyir

Rusiyanın dövlət duması KİV-dəki “xaricilərin casusu” haqda qanun layihəsini yenidən gündəliyə daxil edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qanun layihəsinin təşəbbüsçüsü dumadakı “Vahid Rusiya” və Liberal Demokrat partiyalarının qruplarıdır.

 

Sənədin müəlliflərindən biri Yevgeni Fyodrov bildirib ki, artıq üçüncü dəfədir təklifin qəbul edilməsinə cəhd göstərirlər.

 

Deputatlar “Kütləvi İnformasiya Haqqında” qanuna “xarici agent” ifadəsinin daxil edilməsini istəyir.

 

Qanun layihəsinə əsasən, xaricdən maliyyələşdirmə qurumun öz gəlirindən 25 faiz çox olarsa, həmin KİV-si “xarici agent” sayılacaq. Bu halda onlar Rusiya ərazisində siyasi həyatın işıqlandırılması ilə məşğul olmalıdır.

 

Sənəddə bildirilib ki, “xarici agent” olan KİV xüsusi qaydada qeydiyyatdan keçməlidir. Onlar maliyyələşdirildiyi xarici mənbəni də açıqlamalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar