Döyülən əsgərə 800 min rubl kompensasiya verilib
11 aprel 2014 05:23 (UTC +04:00)

Döyülən əsgərə 800 min rubl kompensasiya verilib

Moskvanın Timiryazev rayonunun məhkəməsi Rusiya ordusunun leytenantı Sergey Qruzdevin fəaliyyəti nəticəsində zərərçəkmiş sıravi 20 yaşlı Andrey Litovkaya 800 min rubl (təxminən 22,4 min dollar) məbləğində kompensasiya verməsi haqda qərar qəbul edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, sıravi 2013-cü ilin avqustunda Moskva ətrafı Noqinskdə hərbi xidmətinin 10-cu ayında zədələnib.

 

Həmin gün leytenant Qruzdev əsgər Litovkanı  döyüb. Nəticədə sıravinin dalağı zədələndiyindən, bu orqan cərrahiyyə əməliyyatı ilə çıxarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119
avatar

Oxşar yazılar