Meksikada dəvə zoopark sahibini öldürüb. Lent.az-ın məlumatına görə, qəzəbli heyvan Riçard Milesk adlı zoopark sahibini təpikləyib yarımcan edəndən sonra güclə nəfəs alan 60 yaşlı kişinin üstünə çöküb.
Xilasedicilər kişiyə kömək etmək üçün dəvəyə kəndir bağlayıblar və onu yük maşını ilə dartıblar. Lakin bununla belə R.Mileskinin həyatını xilas etmək mümkün olmayıb.
Polisin ilkin ehtimalına əsasən, zooparkın sahibi hər dəfə bu dəvəyə qazlı su verirmiş. Bu dəfə isə verməyib. Bu da, dəvəni qəzəbləndirib.