Dağıstanın Unsukul rayonunun 70 sakini Suriyada döyüşlərdə iştirak edir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Antiterror Komitəsinin iclasında bəyan edib.
“Suriyaya yollanan Dağıstan sakinlərinin bəziləri geri döndükdə müxtəlif cinayətlərə əl atırlar”, deyə R.Abdulatipov vurğulayıb.
Bundan əvvəl Dağıstanın daxili işlər naziri Abduraşid Maqomedov parlamentdə çıxış edərkən ümumilikdə 912 dağıstanlının Suriyada terrorçular sırasında döyüşdüyünü bildirib. “Bu, Şimali Qafqaz federal dairəsi üzrə ən yüksək göstəricidir”, deyə A. Maqomedov qeyd edib.