Baş nazirin prezidentlə görüşdə etdiyi bu hərəkət... - FOTO
23 avqust 2019 06:28 (UTC +04:00)

Baş nazirin prezidentlə görüşdə etdiyi bu hərəkət... - FOTO

 

Böyük Britaniyanın baş naziri Boris Consonun Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla fotosessiya zamanı ayağını kofe masasının üstünə qoyması birmənalı qarşılanmayıb.

APA xəbər verir ki, bir çox sosial şəbəkə istifadəçiləri, eləcə də KİV nümayəndələri britaniyalı hökumət başçısının bu hərəkətini müzakirə obyektinə çevirib və onu Fransa prezidentinə qarşı hörmətsizlikdə qınayıblar. Media nümayəndələrindən bəziləri isə eyni addımın Makron tərəfindən Bukingem sarayında təkrarlanacağı təqdirdə böyük skandalların yaşanacağını xatırladıb.

Bununla yanaşı, B.Consonun ünvanına tərif səsləndirənlər də olub. Bəzi rəyçilərin təbirincə, britaniyalı baş nazir “Brexit”lə bağlı gərgin danışıqların getdiyi bir ərəfədə çox “sakit və təmkinli” görünməklə Fransa prezidentinə “burada kimin əsas olduğunu” göstərməyə çalışıb.

Qeyd edək ki, Yelisey sarayında fotosessiya zamanı E.Makron kiçik masanı göstərərək onun ayaqaltı skamya kimi də istifadə oluna biləcəyini deyib və bunu zarafatla qarşılayan B.Conson bir anlıq ayağını masanın üzərinə qaldırıb və dərhal da yerə qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35