Uels şahzadəsi Çarlzın qaynı Nyu-Yorkda kəlləsindən aldığı ağır travmadan sonra ölüb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, şahzadənin xanımı Kamillanın 62 yaşlı kiçik qardaşı Mark Şend yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib.
62 yaşlı Şend səyahətlər haqda kitabların müəllifdir. O, Nyu-Yorka xeyriyyə tədbirində iştirak etmək üçün gedibmiş.